ABŞ prezidenti Co Baydenin G7 Sammiti üçün getdiyi Yaponiyanın Xiroşima şəhərində ölkəsinin 78 il əvvəl nüvə silahından istifadə etdiyinə görə üzr istəməyəcəyi bildirilib.
Qaziler.az “İndependent”ə istinadla xəbər verir ki, bunu Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan açıqlayıb. O jurnalistlərə bildirib ki, Baydenin qatılacağı tədbirdə belə bir jest etməsi üçün uyğun mühit olmayacaq.
"Prezident Xiroşima Sülh Memorial Parkında açıqlama verməyəcək. O, G7-nin digər liderləri ilə əklil qoyma və bir sıra digər tədbirlərdə iştirak edəcək", - Sallivan bildirib.
Xatırladaq ki, yapon siyasətçilər İkinci Dünya Müharibəsinin sonunda Xiroşima və Naqasaki şəhərlərinə atom bombası atdığı üçün ABŞ-ni rəsmi şəkildə üzr istəməyə çağırıblar.
QAZİLER.AZ