Qazaxıstanda keçirilən sorğuda prezident Rəcəb Tayyib Ərdoğan ən çox bəyənilən xarici ölkə lideri olub.
Qaziler.az xəbər verir ki, “Demoscope” adlı mərkəz tərəfindən 14 bölgədə yaşı 18-dən yuxarı 1100 nəfər arasında sorğu keçirilib. Qazaxıstan prezidenti Kasım Comert Tokayev və xarici liderlərin adları qeyd edilən sorğuda "Hansı lideri bəyənirsiniz?" sualı qoyulub.
Anket sorğusunda ən çox bəyənilən əcnəbi lider 55,6 faizlə prezident Rəcəb Tayyib Ərdoğan olub.
Siyahıda Ərdoğanı müvafiq olaraq Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski izləyib.
QAZİLER.AZ