Diyarbəkirin mərkəzindəki qəbiristanlıqda PKK bayraqları dalğalanır

Diyarbəkirin mərkəzindəki qəbiristanlıqda PKK bayraqları dalğalanır backend

Türkiyənin sözcü.com.tr saytı Diyarbəkirdə şəhərin ortasında salınmış PKK qəbiristanlığının fotolarını yayıb.


Lent.az sayta istinadən xəbər verir ki, əvvəllər kəndlərdə rast gəlinən terrorçu məzarlıqları indi şəhərlərə də yayılıb. Diyarbəkirdəki hava limanına gedən yolun kənarında yerləşən bu qəbiristanlıqda diqqət çəkən əsas məqam isə PKK emblemlərinin və bayraqlarının sərbəst şəkildə yerləşdirilməsi və burada dalğalanmasıdır.

Qəbiristanlıqda basdırılan terrorçulara məzar daşları da düzəltdirilib. Daşların üzərinə terrorçuların gerçək adı ilə yanaşı onların kod adları da həkk edilib. Məsələn, kod adı Hamza Derik olan Hacı Yücə adlı terrorçu Dağlıcada hərbçilərlə atışma zamanı öldürülüb.

Andok kod adlı Sacit Bayram isə Mardində 1 polisi şəhid edib, daha 3 nəfəri yaraladıqdan sonra ölü ələ keçirilən başqa bir terrorçudur. Şemseddin kod adlı Esat Güler isə 2003-cü ildə Hakkaridə 29 hərbçinin şəhid edildiyi hadisənin iştirakçılarından olub.
Diaspora