ABŞ rus hakerin başına 10 milyon dollar mükafat qoydu - FOTO

ABŞ rus hakerin başına 10 milyon dollar mükafat qoydu - FOTO backend

ABŞ rus hakerləri üçün hərəkətə keçib və yeni addımlar atmağa qərar verib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentindən edilən yazılı açıqlamada ölkədəki hüquq-mühafizə orqanlarını, biznesləri və internet infrastrukturunu hədəf alan rus hakerin həbsi üçün mükafat veriləcəyini açıqlanıb.

Nazirlik Transmilli Mütəşəkkil Cinayətkarlığın Mükafat Proqramı (TOCRP) çərçivəsində Mixail Pavloviç Matveyev haqqında onun həbsinə kömək edəcək hər hansı məlumatı paylaşan şəxslərə 10 milyon dollar mükafat verəcək.

Açıqlamada Rusiyanın kibercinayətkarlar üçün ən təhlükəsiz yer olduğu, Rusiyanın da ABŞ müttəfiqlərinə kiberhücumlar etdiyi bildirilib.

QAZİLER.AZ

Diaspora