“Google” istifadə olunmayan hesabları silməyə başlayır

“Google” istifadə olunmayan hesabları silməyə başlayır backend

“Google” yaxın gələcəkdə istifadə olunmayan bəzi şəxsi hesabları təmizləmək qərarına gəlib.

Şirkət hesablarına daxil olmayan hər kəsə xəbərdarlıq edib ki, bu hesablar tezliklə silinə bilər. Bundan əlavə, bu istifadə olunmamış hesablardakı bütün məlumatlar da silinəcək.

Mövzu ilə bağlı “Google” tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

Bu ilin sonundan başlayaraq, “Google” Hesabı ən azı 2 il ərzində istifadə edilməmiş və ya daxil olmamışsa, biz hesabı və onun məzmununu, o cümlədən "Google Workspace" (Gmail, Sənəd, Disk, Meet, Təqvim), "YouTube" və "Google Foto"ların içindəki məlumatlar da daxil olmaqla hesabı və məzmunu silə bilərik.

Hakerlər tərəfindən ələ keçirilə bilən köhnə parollarla istifadə olunmayan hesabların açılaraq zərərli məqsədlər üçün istifadə oluna biləcəyini deyən “Google” belə bir qərar verdiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora