Rusiya Dövlət Duması, Mərkəzi Seçki Komissiyası, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti arasında məsləhətləşmələrdən sonra hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin mümkünlüyünü nəzərdə tutan qanun qəbul edib.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, mövcud qanunvericiliyə görə, hərbi vəziyyətin tətbiq olunduğu ərazidə referendum və dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçkilər keçirilmir.