Putin yalnız iki nəfərdən qorxur və hörmət edir - keçmiş "KQB" zabiti

Putin yalnız iki nəfərdən qorxur və hörmət edir -  keçmiş "KQB" zabiti backend

Keçmiş "KQB" və Rusiya Xarici Kəşfiyyat Xidmətinin üzvü Sergey Jirnov hesab edir ki, Rusiya diktatoru Vladimir Putin üçün dünya siyasətində cəmi iki lider var. Ekspertin fikrincə, Rusiya Federasiyası prezidentinin hörmət etdiyi nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə keçmiş zabit “Kanal 24”ə deyib:

“Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb”.

Jirnovun dediyinə görə, Qərbdə elə bir adam yoxdur ki, Rusiya prezidenti ona xor baxmasın.

Keçmiş KQB zabiti əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən qorxur və ona hörmət edir. Bununla yanaşı, Kreml rəhbəri Çin liderini çox qısqanır, çünki ÇXR əhalisi çox olan böyük ölkədir.

"Bu ölkə öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq kifayət qədər çətindir", - Jirnov bildirib.

QAZİLER.AZ

Diaspora