Çexiya hökuməti SSRİ dövrünün Rusiya səfirliyinə Praqada və respublikanın digər şəhərlərində torpaqdan pulsuz istifadə etmək hüququ verən fərmanları ləğv edib.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa İşləri naziri Martin Dvorak özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu müddət ərzində Rusiya Çexiyada əhəmiyyətli torpaq sahələrini istifadə edə bilib, bundan gəlir əldə edib və bununla da Ukraynada xüsusi hərbi əməliyyata dəstək verib.
“Ölkəmizi işğal etdikdən sonra rus tanklarının silah gücü ilə qəbul etdiyi hökumət qərarlarını ləğv etdik”, - deyə Dvoryak 1968-ci ildə Çexoslovakiyaya sovet tanklarının yeridilməsi ilə bağlı yazıb.
QAZİLER.AZ