Alman ordusundakı müsəlman əsgərlərə mənəvi məsləhət və yol göstərən bir zabitin təyin edilməsi üçün çağırış edilib.
Qaziler.az xəbər verir ki, bu barədə AA “Osnabrücker Zeitung” qəzetinə istinadla xəbər verir.
Almaniyanın bir sıra partiya rəhbərləri və millət vəkilləri Federal Ordu rəhbəri Eva Höglə məktub yazıb.
Məktubda deputatlar Almaniya ordusundakı protestant, katolik və yəhudi əsgərlərin və onların ailələrinin mənəvi hidayətə əvəzsiz töhfə verdiyinə diqqət çəkiblər: “Lakin İsveçrə kimi qonşu ölkələrdən fərqli olaraq, müsəlman əsgərlər (Alman ordusunda) çox uzun müddətdir ki, bu cür dəstəkdən məhrum olublar. Üstəlik, Almaniya ordusunda hər gün 3000-dən çox İslam dininə mənsub əsgər öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə baxmayaraq”.
Millət vəkilləri belə bir zabitin təyin olunması ilə müsəlman əsgərlərə böyük dəyər və qiymət veriləcəyini vurğulayıblar.
QAZİLER.AZ