ABŞ PKK-ya artilleriya, tank və tank əleyhinə təlimlər keçib

ABŞ PKK-ya artilleriya, tank və tank əleyhinə təlimlər keçib backend

ABŞ-a məxsus hərbi qüvvələrin Suriyada terror təşkilatı PKK/YPG üzvlərinə silahlı təlim dəstəyini davam etdirdiyi bildirilib.

Qaziler.az bildirir ki, AA-nın yerli mənbələrə istinadən verdiyi xəbərə görə, təlim dünən Deyr əz-Zorda ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağı yaxınlığında baş tutub.

Təlimin hansı ölkəyə aid tanklar üzərində keçirildiyi məlum deyil.

Onlarla PKK/YPG terrorçusu tank təlimindən başqa, amerikalı hərbçilərdən ABŞ istehsalı olan TOW tank əleyhinə silahlardan istifadə mövzusunda təlim alıb.

Terrorçuların aldığı digər təlim isə artilleriya və minaatan mərmiləri olub.

QAZİLER.AZ

loading...
Diaspora