James Webb Kosmik Teleskopu (JWST) Günəş sisteminin əsas asteroid qurşağında ilk dəfə su kəşf edib və bu, Yer okeanlarının mənbəyi hesab olunur.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, NASA-dan verilən açıqlamada Webb Teleskopunun kəşfinin elm adamlarına Yer okeanlarının necə əmələ gəldiyi barədə məlumat verə biləcəyi bildirilib.
Webb teleskopunun yaxın infraqırmızı spektroqrafından istifadə edərək astronomlar Yupiter və Mars arasında orbitdə olan 238P/Read kometinin ətrafında su buxarının olduğunu təsdiqləyiblər.
NASA-nın açıqlamasında kəşfin Yupiterin ətrafında fırlanan daha isti asteroid qurşağında buz halında olan suyun qoruna biləcəyinə və Yerə düşən asteroidlər yoluyla dünyadakı suyun qaynağını yarada biləcəkləri fikirlərini təsdiqləyib.
QAZİLER.AZ