ÜST-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ

ÜST-dən süni intellektlə bağlı  XƏBƏRDARLIQ backend

Ümumdünya Səhiyyə Təşkilatı süni intellektdən istifadə ilə bağlı xəbərdarlıq edib və diqqətli olmağa çağırıb.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bundan əvvəl “Google” və “Apple” süni intellektdən istifadə ilə bağlı müxtəlif xəbərdarlıqlar etmişdilər. Atıq oxşar xəbərdarlıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) gəlib.

Süni intellekt texnologiyaları bu gün çox populyarlaşıb. Xüsusilə “ChatGPT” kimi şatbotların populyarlığı süni intellekt bazarına marağı artırıb.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı yaydığı xəbərdarlıqda səhiyyə xidmətlərində süni intellektdən istifadədə ehtiyatlı olmağa çağırıb.

ÜST bildirir ki, süni intellektin hazırlanması üçün istifadə edilən məlumatlar qeyri-dəqiq ola bilər. Bundan əlavə, süni intellekt yalnış və ya yalan məlumat yarada, dezinformasiya yaya bilər.

QAZİLER.AZ

Diaspora