“Twitter” rəhbərliyi Türkiyədəki istifadəçilər üçün önəmli yenilik edib.
İKT.lent.az-ın verdiyi məlumata görə, xidmət türkcə şikayətlər qəbul etməyə başlayıb.
“Twitter”in məsələ ilə bağlı açıqlamasında deyilir ki, xidmət daha etibarlı istifadə üçün son bir neçə aydır həyata keçirdiyi “istifadəçi şikayətini necə dəyərləndiririk” bölməsinin yenilənməsi və “əngəlləmə özəllikləri”nin təkmilləşdirilməsi kimi yeniliklərə birini də əlavə edib: “Bir çox dildə mövcud olan “Twitter” güvənlik mərkəzi artıq türk dilində də xidmət göstərməyə başlayıb. İstifadəçiləri narahat edən digital təhlükəsizliklə bağlı sualların cavabları türkcə təqdim edilən güvənlik mərkəzində artıq rahatlıqla tapılacaq”.