Türkiyənin Rizə şəhərinin mərkəzi meydanında Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi və yerinə çay stəkanı fiqurunun yerləşdirilməsi planı ilə bağlı müzakirələr davam edir. Lent.az odatv.com-a istinadən xəbər verir ki, şəhər bələdiyyəsi aparılan təmir işləri ilə əlaqədar götürülən heykəlin yerinə qaytarılması ilə bağlı əhali arasında sorğu keçiriləcəyini açıqlayıb
Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Rizə şöbəsinin rəhbəri Ömər Toprak Cumhuriyyətin simvollarının referenduma çıxarılmasını qəbuledilməz olduğunu deyib.
Qeyd edək ki, Rizənin bələdiyyə sədri Reşat Kasap ölkədəki parlament seçkiləri ərəfəsində “10 Numara Projeler” başlığı altında yenidənqurma tədbirlərinə başlayıb. Bu layihənin detalları açıqlandıqdan sonra şəhərin mərkəzi meydanının yenidən qurulacağı, Atatürkün heykəlinin yerinə isə çay stəkanı fiqurunun yerləşdiriləcəyi məlum olub.