Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey mayın 17-də Ukraynaya gəlib.
Bu barədə RBC-Ukrayna El Mundo-ya istinadən xəbər verir.
Li Xuey artıq Kiyevə gəlib. Adının çəkilməsini istəməyən yüksək rütbəli Ukrayna rəsmisi bildirib ki, Çinin xüsusi nümayəndəsi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Bu, 2022-ci il fevralın 24-də Rusiya işğalı başlayandan bəri Ukrayna prezidenti ilə yüksək çinli məmur arasında ilk təkbətək görüş olacaq.
Pekin Avropa turu zamanı Li Xuey Ukraynadakı müharibənin həllinin mümkün yollarını müzakirə etmək üçün Polşa, Fransa, Almaniya və Rusiyaya da səfər etməyi planlaşdırır.
Xatırladaq ki, Çin prezidenti Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbət zamanı sülh danışıqlarını üçün bölgəyə nümayəndə heyəti göndərəcəyini vəd etmişdi.
QAZİLER.AZ