İtaliyanın şimalında baş verən daşqınlar nəticəsində ən azı 3 nəfər ölüb, 5 minə yaxın insan təxliyə olunub.
Qaziler.az bildirir ki, bu barədə AR agentliyi məlumat yayıb.
Mülki müdafiə naziri Nello Muzemeçi 3 nəfərin öldüyünü və 5 minə yaxın insanın təxliyə edildiyini təsdiqləyib.
Agentliyin rəhbərinin müavini Titti Postiglione deyib ki, təcili evakuasiyaya ehtiyacı olanların xilas edilməsi xüsusilə çətin olub, çünki bir çox yol və marşrutlar su altında qalıb. "Sky TG24"-də o, daşqın zonasının güclü yağışlardan əvvəl uzun sürən quraqlıqdan əziyyət çəkən dörd əyalətdə geniş ərazini əhatə etdiyini qeyd etdi.
QAZİLER.AZ