Polşalı müğənninin başı qalmaqalda : Ailəsi Rusiyanı dəstəkləyir - VİDEO

 Polşalı müğənninin başı qalmaqalda :  Ailəsi Rusiyanı dəstəkləyir - VİDEO backend

İfaçının qardaşının mövqeyi rusiyayönümlüdür.

Qaziler.az bildirir ki, Polşanın “Eurovision 2023” təmsilçisi müğənni Blanka qalmaqala düşüb.

Məlum olub ki, ifaçının qardaşı Oliverin mövqeyi rusiyayönümlüdür. Belə ki, bunu Blankanın "Eurovision 2023"-də iştirakından narazı qalan polyaklar Tik Tokda bildiriblər.

Onlar Oliverin Facebook-da "hər şey o qədər də birmənalı deyil", "Kiyev nasistləri" və "xilaskarlar" haqqında rus təbliğatı apardığı paylaşımlar aşkara çıxarıblar.

Müğənninin qardaşı qalmaqallı paylaşımı artıq Facebook-dan silib.

Xatırladaq ki, bu il Polşanı "Eurovision 2023"-də müğənni Blanka "Solo" mahnısı ilə təmsil edib. O, müsabiqədə 19-cu yeri tutaraq 93 xal qazanıb, onlardan 12-ni Ukraynadan olan tamaşaçılar, 6 xalı isə Ukrayna münsiflər heyəti verib.

Polşalılar hələ 2Eurovision 2023" başlamamışdan əvvəl onun müsabiqədə iştirakından narazı idilər.

QAZİLER.AZ

 

 

Diaspora