Almaniyanın keçmiş kansleri Angela Merkel dövlət mükafatı - ən yüksək xidmət mükafatı olan "Stadtspreis" ilə təltif edilib.
Qaziler.az bildirir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Şimali Reyn-Vestfaliya əyaləti tərəfindən dövlət mükafatına layiq görülüb.
Şimali Reyn-Vestfaliya ştatında ən yüksək xidmət mükafatı olan Stadtspreis dövlət mükafatına layiq görülən Merkel mükafatı Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vüstdən alıb.
"O, alman xalqının rifahı naminə yorulmaz fədakarlığına, görkəmli humanitar nailiyyətlərinə və Almaniyanın dünyadakı nüfuzuna verdiyi qeyri-adi töhfəyə görə təltif olunur", - Vüst Merkelə deyib.
QAZİLER.AZ