Qayıqda balıq tutarkən köpəkbalığının hücumuna məruz qaldı - VİDEO

Qayıqda balıq tutarkən köpəkbalığının hücumuna məruz qaldı -  VİDEO backend

Amerikada balıqçıya nəhəng köpəkbalığı hücum edib. Sözügedən hücum anbaan kameraya əks olunub.

Qaziler.az TRThaber-ə istinadən bildirir ki, Amerikanın Havay bölgəsində çəkilən görüntülər sosial mediada gündəm olub.

Skot Haraquçi balıq tutarkən köpəkbalığının hücumuna məruz qalıb.

Okeanın ən vəhşi və təhlükəli heyvanlarından olan köpəkbalığının hücumuna məruz qalan Haraquçi həmin anları lentə alıb.

Hadisənin gündəmə çevrilməsindən sonra yaşadıqlarını izah edən Haraquçi, ilk dəfə 'vızıltı' eşitdiyini söylədi.

"Suya tərəf baxdım və böyük qəhvəyi bir şey gördüm. Beynim bunun tısbağa olduğunu düşündü, amma sonra bunun qaplan köpəkbalığı olduğunu anladım", - Haraquçi deyib.

Kadrlarda Haraquçinin köpək balığını qayıqdan uzaqlaşdırdığı görülüb.

Qaplan köpəkbalıqlarının insanlara nadir hallarda hücum etdiyini bildirən mütəxəssislər, sözügedən balıqların 8 metrə qədər böyüyə biləcəyini, çəkisinin isə 650 kiloqrama qədər olduğunu bildiriblər.

QAZİLER.AZ

Diaspora