Artilleriya atəşi nəticəsində bəzi ərazilər hədəfə alınıb. İndiyədək 822 nəfərin həyatını itirdiyi qarşıdurmalarda gərginlik hələ də azalmayıb.
Sudanda iki hərbi qüvvə arasında baş verən toqquşmalar ilk bir ayını geridə qoyub.
Ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasındakı gərginlik 32-ci gününə qədəm qoyub.
Ordu səhər saatlarında paytaxt Xartum və ona yaxın şəhərlər olan Bəhri və Umdurmandakı HDK məntəqələrini reaktivlərlə vurub.
Sudan Həkimlər Komitəsi paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində ölümlər də daxil olmaqla, indiyədək 822 mülki vətəndaşın həyatını itirdiyini, 3215 nəfərin isə yaralandığını açıqlayıb.
Sudanda ordu ilə HDK arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə bəyannaməsi” imzalanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, aprelin 15-dən bu yana 736 min 200 insan ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb.
Evlərini tərk edənlərin 450 mini uşaq olduğu halda, qonşulardakı qeyri-sabitlikdən sonra əvvəllər Sudana sığınan on minlərlə insan öz ölkələrinə qayıdıb.
QAZİLER.AZ
Mənbə: ensonhaber.com