ABŞ-da silahlı hücum: 3 ölü, 6 yaralı

ABŞ-da silahlı hücum: 3 ölü, 6 yaralı backend

ABŞ-ın Nyu-Meksiko əyalətində silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Nyu Meksiko ştatında baş verən silahlı hücumda ikisi polis olmaqla 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb.

Farmington polis rəisi Steve Hebbe mətbuata açıqlamasında silahlı şəxsin təsadüfi atəş açdığını, 3 mülki vətəndaşı öldürdüyünü və 4 nəfərin yaralandığını bildirib.

Hebbe hadisəyə müdaxilə edən iki polis məmurunun da yaralandığı hadisədə təcavüzkarın öldüyünü bildirib.

Polis şübhəlinin biri yarı avtomat olan 3 silahla bir müddət küçələrdə gəzdiyini və qarşısına çıxan hər şeyə "evlərə, maşınlara və insanlara" atəş açdığını bildirib.

Farmington polisi 18 yaşlı hücumçunun kimliyi ilə bağlı məlumat verməsə də, hücumun səbəbi ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

 

QAZİLER.AZ

Diaspora