İran və Rusiya regionda baş verən prosesləri müzakirə etdi

İran və Rusiya regionda baş verən prosesləri müzakirə etdi backend

Bu gün Moskvada İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian rusiyalı həmkarı Mixail Boqdanovla görüşüb.


Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Yaxın Şərq bölgəsində baş verən proseslərin sülh yolu ilə həlli üçün Tehran və Moskva arasında əlaqələrin koordinasiya olunması və onun müsbət nəticələri haqqında danışıqlar aparılıb.

M.Boqdanov İran və Rusiya arasında regionda baş verən proseslər, xüsusilə Suriya hadisələri ilə bağlı əməkdaşlığı çox dəyərli hesab etdiyini deyib və bu sahə də dahada sıx əməkdaşlıq etməyin vacibliyini vurğulayıb: “İki ölkənin rəsmilərinin müzakirələrində regiondakı böhranların sülh yolu ilə həlli üçün bir çox çıxış yolları qeyd olunub. Ölkələrimiz həm regional, həm də ikitərəfli əlaqələrin inkişaf etdiirlməsi üçün müxtəlif proqramlar həyata keçirəcək”.

H.Əmirabdullahian isə bildirib ki, müxtəlif rəsmilər arasında aparılmış danışıqlar əlaqələrin inkişafı, eləcə də regional inteqrasiya üçün əlverişli fürsət yaradır. O, Beyrut və Dəməşqə səfərinin nəticələrini müsbət dəyərləndirib və bildirib ki, Suriya böhranının həlli və terrorçularla mübarizə üçün İran və Rusiyanın əməkdaşlığı zəruridir.
Diaspora