“Rusiya istədiyi yerdə silah yerləşdirə bilər” - Medvedev

“Rusiya istədiyi yerdə silah yerləşdirə bilər” - Medvedev backend

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyasından sonra Rusiya Avropanın Rusiya hissəsində, məsələn, Kalininqrad vilayətində silah yerləşdirə biləcək”.

Qaziler.az “Nyus.ru”ya istinalda xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib. O əlavə edib ki, Moskva silah istehsalını da artıracaq.

Dövlət Duması Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləsini ləğv etdi. Bu sənəd bizim üçün aktuallığını hələ 2007-ci ildə itirdi. Amma indi, hətta əvvəllər dayandırılmış beynəlxalq öhdəliklərə uyğun olaraq, heç nə bizə silahlarımızı milli maraqlarımızı qorumaq istədiyimiz yerdə yerləşdirməyə mane olmur. O cümlədən Avropanın Rusiya hissəsində...”, - Medvedev yazıb.

QAZİLER.AZ

Diaspora