Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski Afrika liderlərinin sülh təşəbbüsü üzrə missiyasını qəbul etməyə razılaşıblar.
Qaziler.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa bildirib. Onun sözlərinə görə, o, Afrika ölkələri adından hər iki liderlə bu məsələni müzakirə edib.
"Mən Zambiya, Seneqal, Konqo, Uqanda, Misir və Cənubi Afrika adından öz təşəbbüsümü təqdim etdim. Danışmaq imkanım olan hər iki lider - Putin və Zelenski Afrika dövlət başçılarının Moskva və Kiyevdəki missiyasını qəbul etməyə hazır olduqları barədə razılığa gəliblər”.
QAZİLER.AZ