İran İŞİD-in Xorasandakı başçısını ələ keçirib

İran İŞİD-in Xorasandakı başçısını ələ keçirib backend

Xorasanda İŞİD-in əməliyyat və media şəbəkəsinin aşkar edilərək başçısının ələ keçirildiyini bildirilib.

Qaziler.az xəbər verir ki, bu barədə İranın İRNA rəsmi xəbər agentliyi Fars Əyalətinin Fəcr İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Birliyinə əsasən xəbər verir.

Xəbərdə bu şəxsin 2019-cu ildən kəşfiyyat nəzarəti altında olduğu, Tehran da daxil olmaqla bəzi şəhərlərdə təşkilata üzv olmaq üçün ekstremistlərin tapılması istiqamətində çalışdığı qeyd edilib. Lakin tutulan terrorçunun kimliyi ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Bundan başqa, məlumatda 26 oktyabr 2022-ci ildə Şiraz şəhərində Şah Çərəq türbəsinə edilən silahlı hücumda 13 nəfərin həyatını itirdiyi, 20 nəfərin yaralandığı bildirilmiş və bu hücumun məsuliyyətini İŞİD terror təşkilatının üzərinə götürdüyü xatırladılıb.

QAZİLER.AZ

Diaspora