Tunisdə gərginlik yaradacaq qərar: Qannuşi həbs edildi

Tunisdə gərginlik yaradacaq qərar: Qannuşi həbs edildi backend

Tunisdə uzun müddətdir davam edən gərginliyi daha da artıran yeni qərar qəbul edilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Tunisdə Ənnahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi “təhlükəsizlik qüvvələrini təhqir etmək” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Tunis Asliye Məhkəməsindən verilən açıqlamaya görə, təhlükəsizlik qüvvələrini "tağutun əsgərləri" (tağut – azmaq, həddi aşmaq) adlandırdığı səbəbiylə açılan iddia davasında mühakimə olunan Qannuşi "terrorizmi müdafiə etmək" maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum edilib və min dinar (330 dollar) cərimə olunub.

Xatırladaq ki, ölkədə bir polis məmuru Qannuşinin 2022-ci ilin fevralında dəfn mərasimindəki çıxışında “tağut” ifadəsini işlədərək təhlükəsizlik qüvvələrini təhqir etdiyi səbəbi ilə şikayət etmişdi. Bu şikayətlə bağlı açılan istintaq çərçivəsində Qannuşinin mühakimə olunana qədər həbs edilməməsinə qərar verilmişdi.

QAZİLER.AZ

Diaspora