Çində gənclər arasında işsizlik rekord həddə çatıb

Çində gənclər arasında işsizlik rekord həddə çatıb backend

Milli Statistika Bürosunun (UIB) açıqladığı məlumatlara görə, aprel ayında Çində sənaye istehsalı və pərakəndə satışlar gözləntilərin altında artış göstərsə də, gənclər arasında işsizlik rekord həddə çatıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, şəhər yerlərində işsizlik nisbəti aprel ayında bir əvvəlki aya görə 0,1 bal azalaraq 5,2, 16-24 yaş arası gənclər isə 0,8 bal artaraq yüzdə 20,4 olub.

İşsizliyin ümumi azalmasına baxmayaraq, gənclər arasında işsizliyin səviyyəsi 1990-cı illərdən bəri ən yüksək səviyyəyə çatıb və keçən ilin iyul ayında qeydə alınan rekord səviyyə 19,9 faizi ötüb.

Koronavirus epidemiyası başlayandan bəri artan gənclər arasında işsizliyin hələ də yüksək olması iqtisadiyyatın bərpasında kövrəkliyin davam etdiyinə işarə kimi şərh olunur.

QAZİLER.AZ

loading...
Diaspora