“Eurofighter” qırıcıları Baltik səmasında

“Eurofighter” qırıcıları Baltik səmasında backend

Almaniyanın dpa agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) baş inspektoru Karl Müllnerin məlumatına istinadla xəbər verir ki, içərisində tam döyüş dəsti olan “Eurofighter” alman qırıcı təyyarələri Ukrayna böhranı başlayandan bəri ilk dəfə Baltikyanı ölkələrin səmasında döyüş növbəsinə qoşulublar. Müllnerin sözlərinə görə, təyyarələrdəki silahlar “münaqişəni genişləndirmək vasitəsi deyil” və potensial düşməni layiqincə qarşılamaq üçün nəzərdə tutub. Silahlar həm də Baltik səmasında tapşırıqları yerinə yetirən əsgərlərin “motivasiyası üçün” zəruridir.


Almaniya Hərbi Hava Qüvvələri bundan əvvəl də Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidməti keçmək üzrə NATO missiyasında iştirak ediblər. Lakin 2014-cü ilin sentyabr-dekabr aylarında uçuşlar tam döyüş dəsti ilə təchiz edilmədən həyata keçirilir. Müllner bunu belə izah edib ki, bu qərar siyasi səviyyədə qəbul edilib. Məqsəd heç bir ölkənin silahlı qüvvələri ilə münaqişə eskalasiyasına təhrik etməməkdir.
Diaspora