Belarus prezidenti Aleksandr Lukaşenkonun xəstə olması ilə bağlı xəbərlərdən sonra onun ilk videosu yayımlanıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, görüntüləri "Birincilər hovuzu" teleqram kanalı yayıb.
Videoda ölkə lideri hərbçilərin əhatəsindədir və hava hücumundan müdafiənin vəziyyətindən danışır. Dövlət başçısının səsi xırıltılıdır, sol əli isə sarğılıdır.
“Ölkəmizin ətrafında, ilk növbədə havada baş verənlərə baxaq. Biz tez-tez dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edirik, xüsusən də hava məkanında. Gördüyümə görə, hazırda vəziyyət kritik deyil. Buna baxmayaraq, amillər həyəcan vericidir”, - Lukaşenko videoda bildirib.
QAZİLER.AZ