Nebenzya Qərbi terrorizmi qızışdırmaqda ittiham edib

Nebenzya Qərbi terrorizmi qızışdırmaqda ittiham edib backend

“Qərb Ukraynanı terror aktları törətməyə təhrik edir”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib. Diplomat Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun “dünyada rusları öldürməyə” hazır olduğunu bilavasitə bəyan edən son bəyanatını xatırladıb.

"Qərb himayədarlarının razılığı ilə Kiyev açıq şəkildə terror metodlarından çəkinmir. Onun cinayətləri arasında Krım körpüsündə terror aktı, jurnalistlər Darya Duqinanın, Maksim Fominin qətli və Zaxar Prilepinin həyatına qəsd, nəticədə yoldaşı Aleksandr Şubinin ölümü var”, - Nebenzya deyib.

QAZİLER.AZ

Diaspora