ABŞ prezidenti Co Bayden mayın 14-də Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı suala maraqlı cavab verib.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Bayden Türkiyədəki seçkilərlə bağlı jurnalistlərin suallarını velosiped sürərkən cavablandırıb:
“Müxalifət partiyası öndə olduğunu iddia edir, dövlət mediası isə Ərdoğanın irəlidə olduğunu deyir. Qulağa tanış gəlir, elə deyilmi? Kim qalib gəlirsə gəlsin. Dünyanın o biri hissəsində bu olmasa belə kifayət qədər probem var”, - deyə Bayden cavab verib.
QAZİLER.AZ