Çinin Heilongjiang əyalətində inşa edilməsi planlaşdırılan eksperimental ultra sürətli qatar layihəsi hazırda mövcud olan qatarın sürətini iki qat artıracaq. Yeni hazırlanmış qatarın saatda 1000 km sürətə çatması planlaşdırılır.
Maqnetik dəmir yolu qatarı (maglev) olaraq adlandırılan ultra sürətli qatarla yerli turizmin canlandırılması hədəflənir.
Adi qatarlardan fərqli olaraq, maglev qatarları relslərin üzərində və havada hərəkət edir.
Magnetic Levitation sözündən gələn Maglev qatarı, uzun adı ilə maqnit levitasiya qatarı olaraq adlanır. Əsas iş prinsipi qatarı maqnit qaldırıcı qüvvə ilə havada saxlayaraq yüksək sürətə çatmaqdır.
Yüksək sürətə çata bilən "Maglev" qatarının hərəkəti elektromaqnitlər vasitəsilə həyata keçirilir.
Çində fəaliyyətə başlayacaq ultrasürətli qatar vakuum daşıma borusunda hərəkət edəcək.
QAZİLER.AZ