Pakistanın Lahor şəhər məhkəməsi keçmiş baş nazir İmran Xanın həyat yoldaşını mayın 23-dək zaminə buraxıb.
Lahor Şəhər Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan həyat yoldaşı Büşra Bibini mayın 23-dək girov müqabilində sərbəst buraxıb, girovun məbləği açıqlanmayıb.
Qaziler.az bildirir ki, bu barədə Reuters agentliyi korrupsiya işində adı hallanan ər-arvadın müdafiə tərəfinə istinadən məlumat yayıb.
Bundan əvvəl Pakistanın Ali Məhkəməsi ölkənin keçmiş baş nazirinin həbsini qanunsuz hesab edib. "Biz İmran Xanın həbsinin qanunsuz olduğuna inanırıq" dedi Pakistanın baş hakimi Ömər Ata Bandial, sabiq baş naziri həbsindən bəri ölkədə davam edən iğtişaşları açıq şəkildə pisləməyə çağırıb.
QAZİLER.AZ