Qazaxıstan prezidenti yubileyini qeyd etməkdən imtina etdi

Qazaxıstan prezidenti yubileyini qeyd etməkdən imtina etdi backend

Qazaxıstan prezidenti Tokayev 70 illik yubileyini qeyd etməkdən imtina edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Qazaxıstan prezidenti ad gününü iş rejimində keçirəcək.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 70 illik yubileyini qeyd etməkdən imtina edib və dövlət başçısı mayın 17-ni iş rejimində keçirəcək. Bu barədə onun mətbuat katibi Ruslan Jeldibay Facebook-da məlumat verib.

Onun sözlərinə görə, Tokayevin mətbuat xidmətinə prezidentin ad gününü necə keçirməyi planlaşdırdığı ilə bağlı jurnalist sualları daxil olur. “Bununla bağlı hər hansı tədbirin planlaşdırılmadığını bildiririk. Prezident belə tədbirləri dəstəkləmir”, – o yazıb.

Jeldibay qeyd edib ki, mayın 17-də Qazaxıstan prezidenti iş qrafikinə uyğun olaraq görüş keçirəcək. Bu gün Tokayevin Çinə dövlət səfəri başlayacaq, burada analoji olaraq ad günü tədbirləri planlaşdırılmır.

QAZİLER.AZ

Diaspora