Türklərin sıx yaşadığı istiqamətdə toplaşan izdiham Ərdoğanın lehinə şüarlar səsləndirib.
Qaziler.az bildirir ki, Türkiyədə 14 may prezident və parlament seçkilərinin həyəcanı Belçikaya da çatıb.
Paytaxt Brüsseldə əllərinə türk bayraqları alan vətəndaşlar küçələrə axışıb.
Avtomobillərinin siqnalı ilə küçələri dolaşan türklər prezident Rəcəb Tayyib Ərdoğanın lehinə şüarlar səsləndirib, fişənglər atıblar.
Brüssel polisi bölgədəki bəzi küçə və prospektləri nəqliyyatın hərəkəti üçün bağlayıb.
QAZİLER.AZ