Borrel Çini hədələdi: “Putini sülhə sövq etməsə...”

Borrel Çini hədələdi:  “Putini sülhə sövq etməsə...” backend

Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrel Pekin Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təzyiq göstərməyəcəyi təqdirdə Çini Avropa İttifaqı ilə münasibətlərin pisləşməsi ilə hədələyib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Borrell Stokholmda Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən brifinqdə bildirib.

"Çin Rusiyanı Ukraynadan çıxmağa məcbur etmədikcə, Avropa İttifaqı ilə Çin arasında münasibətlər normal inkişaf etməyəcək. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Ukrayna üçün ədalətli sülh əldə etmək üçün Çini Rusiyaya bu müharibəni dayandırmaq üçün təsir göstərməyə və münaqişənin həllində konstruktiv rol oynamağa çağırırıq.”, - Borrel bildirib.

QAZİLER.AZ

Diaspora