Rusiyalı blogger Aleksey Sidorov Çelyabinskdə mayın 3-də PUA hücumunu şərh edərkən Kremlə hücuma çağırış etdiyi üçün həbs edilib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Traktorozavodski rayon məhkəməsinin saytı məlumat yayıb.
Qərara əsasən, rusiyalı blogger iki ay istintaq təcridxanasında qalacaq.
“Sidorov A. Çelyabinsk şəhəri ərazisində ictimai yerdə sərxoş vəziyyətdə olarkən smartfonundan istifadə edərək “YouTube”da canlı yayımda video yayımlayıb. 2023-cü il mayın 3-də Rusiya Federasiyası Prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirmək istəyərkən törədilmiş terror aktını ictimai şəkildə təbliğ edib”, - məlumatda qeyd edilib.
QAZİLER.AZ