Beynəlxalq Miqrasiya Təşkilatı 2022-ci ildə dünya üzrə təxminən 61 milyon insanın məcburi köçkün vəziyyətinə düşdüyünü və əvvəlki illə müqayisədə 60 faiz artdığını açıqlayıb.
Qaziler.az HaberGloba-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bəyanatında deyilir.
Qurumdan verilən yazılı açıqlamada, bu rəqəmin indiyə qədər bildirilmiş ən yüksək daxili yerdəyişmə olduğu vurğulanıb.
Hesabatda qarşıdurma və zorakılığın 28,3 milyon insanın didərgin düşməsinə səbəb olduğu və bu rəqəmin 60 faizinin Ukraynanın payına düşdüyü bildirilib.
Hər il milyonlarla insanın təbii fəlakətlər səbəbiylə ev-eşiyindən didərgin düşdüyü qeyd edilən hesabatda, Pakistandakı daşqınlar və Filippindəki Noru tayfunu da daxil olmaqla təbii fəlakətlərin keçən il 32,6 milyon daxili köçkünə səbəb olduğu vurğulanıb.
QAZİLER.AZ