Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” bəzən məxfilik problemlərinə görə tənqid olunur.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, son günlər sosial mediada bir çox istifadəçi WhatsApp-ın proqram bağlı olduqda belə mikrofonlarından istifadə etdiyini və ekran görüntülərini paylaşdığını bildirib.
Çoxlu şikayətlərə səbəb olan bu vəziyyət Androiddə gördüyümüz “Məxfilik İdarəetmə Paneli” vasitəsilə diqqət çəkib.
Android 12-dən bəri cihazlarda olan bu funksiya ekranın yuxarı sağ küncünə yaşıl bildiriş əlavə edir və mikrofondan istifadə edildikdə istifadəçiləri xəbərdar edir.
Mövzu ilə bağlı Google-dan açıqlama verilib. Androiddə qeyd olunan məxfilik probleminə görə “Google” mikrofon probleminin bir səhvdən qaynaqlandığını söyləyib.
Google sözçüsü səhvin Android-də "Məxfilik Panosu"ndan qaynaqlandığını və problemi həll etməyə çalışdıqlarını izah edib.
QAZİLER.AZ