Almaniya Ukraynaya tədarük edilənləri əvəz etmək üçün 525 milyon avroya 18 Leopard 2 tankı almağı planlaşdırır.
Qaziler.az-ın məlumatına görə, “RBC-Ukrayna” xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ müdafiə sferasından olan mənbə məlumat verib.
Mənbənin məlumatına görə, daha 105 tankın alınması mümkünlüyü ilə birlikdə ümumi qiymət 2,9 milyard avro təşkil edəcək. Almaniya parlamentinin büdcə komitəsinin may ayının sonunda alqı-satqı müqaviləsini imzalaması gözlənilir.
Qeyd edək ki, Berlin Ukraynaya 18 ədəd "Leopard 2" verdikdən sonra o, tez bir zamanda yeni tanklar almaq istədiyini bildirib.
QAZİLER.AZ