Vatslav Klaus: “Merkelin siyasəti Avropanın gələcəyinə təhdiddir”

Vatslav Klaus: “Merkelin siyasəti Avropanın gələcəyinə təhdiddir” backend

“Angela Merkel kimi siyasətçilərin qərarları Avropa sivilizasiyasının gələcəyini təhdid edir”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Çexiyanın sabiq prezidenti Vatslav Klaus “Die Welt” nəşrindəki məqaləsində bildirib.

“Almanlar elə düşünürlər ki, miqrantların inteqrasiyasının heç bir fəsadı olmayacaq. Bu, səhvdir. Almanlar bütün Avropaya ciddi problemlər gətirəcəklər”, - deyə o vurğulayıb.

V. Klausun sözlərinə görə, Avropada qaçqınlarla bağlı hazırkı müzakirələr qeyri-ciddi xarakter daşıyır: “Bir çox avropalı, eləcə də almaniyalı siyasətçilər qaçqınların kütləvi şəkildə məskunlaşmasının qısamüddətli perspektivdə fəsadları ola biləcəyini düşünərək saflıq edirlər. Başda Angela Merkel və Yoahim Qauk olmaqla, bu siyasətçilərin fərziyyələri gülüncdür. Miqrantların Avropa həyatına adaptasiyası prosesi yavaş gedəcək və təkcə bir nəsli əhatə etməyəcək”.

Çexiyanın sabiq prezidenti, həmçinin, qaçqınların cəmiyyətin daxili birliyinə təhdid törətdiyini də qeyd edib.
Diaspora