ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti Cənubi Afrika Respublikasının 2022-ci ilin dekabrında Rusiyaya silah və sursat satdığını iddia edib.
Qaziler.az bildirir ki, hökumətinin Cənubi Afrikanın Rusiyaya silah satdığına əmin olduğunu və bu məsələyə çox ciddi yanaşdığını vurğulayan Brigeti: "Hökumətimizin bu mövzuda narahatlıqlarını nəzərə almamaq səhv olar" , - deyib.
Bu mövzuda Cənubi Afrika hökumətindən cavab gözlədiklərini ifadə edən Brigeti, bu inkişafla birlikdə Cənubi Afrika ilə Afrika Böyümə və Fürsət Qanunu (AGAO) danışıqlarının dalana dirəndiyini bildirib.
Mənbə: "TRT Haber"
QAZİLER.AZ