Almaniyada PKK üzvü həbs edilib

Almaniyada PKK üzvü həbs edilib backend

Almaniyada terror təşkilatı PKK üzvünə 4 il 5 ay həbs cəzası verilib. Frankfurt Yüksək Əyalət Məhkəməsi 59 yaşlı Abdullah Ö.-nu terror təşkilatı PKK-ya üzv olmaqda ittiham edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qərar 2022-ci il aprelin 11-dən Frankfurt Ali Regional Məhkəməsində davam edən işin son iclasında qəbul edilib.

Abdullah Ö. terror təşkilatına üzv olduğu üçün 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarında terror təşkilatı üzvünün 2019-cu ilin avqustundan Almaniyada PKK-ya görə məsuliyyət daşıdığına və təşkilat üzvlərinə göstəriş verdiyinə diqqət çəkib.

O, terror təşkilatı üçün tədbirlər təşkil etdiyini və 2020-ci ilin iyunundan 2021-ci ilin aprelinə qədər PKK üçün 900 min avrodan çox xərac topladığını vurğulayıb.

Təşkilatın strukturlaşmasında iştirakına da diqqət çəkən qərarda 11 may 2021-ci ildən həbsdə olan Abdullan Ö.-yə 4 il 5 ay həbs cəzası verildiyi açıqlanıb.

QAZİLER.AZ

Diaspora