“Mayın 8-də atılan qeyri-qanuni silahların könüllü təhvil verilməsi çərçivəsində təhlükəsizlik qüvvələrinə 3000-dən çox silah və on minlərlə güllə çatdırılıb”.
Qaziler.az AA-ya istinalda xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç Serbiyada yerli televiziya kanalında danışarkən deyib.
Vuçiç ötən həftə 17 nəfərin ölümü ilə nəticələnən iki silahlı hücumdan sonra ölkədə görülən tədbirləri dəyərləndirib.
Serbiyanın hər yerində məktəblərə polisin yerləşdirildiyini xatırladan Vuçiç “8 may-8 iyun tarixləri arasında həyata keçiriləcək qeyri-qanuni silahların könüllü tədarükü çərçivəsində təhlükəsizlik qüvvələrinə 3 mindən çox silah və on minlərlə güllənin təhvil verilib. Bu, çox yaxşı inkişafdır”, - deyib.
Prezident Vuçiç qeyri-qanuni silahların təhvil verilməsindən sonra ölkədə istifadəsinə icazə verilən silahların da nəzarət altına alınacağını bildirib.
Qeyd edək ki, mayın 3-də Serbiyanın paytaxtında 7-ci sinif şagirdi 14 yaşlı K.K-nın silahlı hücumu zamanı 8-i uşaq olmaqla 9 nəfər həlak olub.
QAZİLER.AZ