“Konkord” şirkətinin mətbuat xidməti rusiyalı iş adamı Yevgeni Priqojinin “Telegram”da Ukrayna prezidenti Volodimir Zelenskinin əks-hücumdan danışarkən qeyri-səmimi olduğunu söylədiyi bəyanatını dərc edib.
Qaziler.az “nyus.ru”ya istinalda xəbər verir ki, PMC Wagner ilə əlaqəli bir iş adamının sözlərinə görə, Ukraynada əməliyyat tam sürətlə gedir:
“Volodimir Aleksandroviç Zelenski qeyri-səmimidir. Əks-hücum tam sürətlə davam edir. Artyomovsk istiqamətində isə Ukrayna Silahlı Qüvvələrinin bölmələri cinahlara keçir və təəssüf ki, bəzi yerlərdə bu işdə uğur qazanırlar”, - deyə Priqojin bildirib.
QAZİLER.AZ