İngiltərədə həkimlərin 2 il ərzində xəstələrə yazdığı dərmanlar təəccübləndirdi

İngiltərədə həkimlərin 2 il ərzində xəstələrə yazdığı  dərmanlar təəccübləndirdi backend

İngiltərədə aparılan bir araşdırma milyonlarla insana son illərdə xroniki ağrıları üçün heç bir faydası sübut olunmayan antidepresanlar təyin edildiyini göstərib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Böyük Britaniyada Southampton, Bath, Bristol və University College London (UCL) Universitetlərinin də olduğu bir çox universitet və institutlar, o cümlədən Milli Səhiyyə Xidmətində amitriptilin, duloksetin, fluoksetin, sitalopram, paroksetin və sertralin kimi dərmanların reseptlə təyin olunması araşdırılıb.

Araşdırmada yalnız 2020 və 2021-ci illərdə aşağı dozalı amitriptilinin yazıldığı 15 milyon resept olub.

2021 və 2022-ci illərdə antidepresanlardan istifadə edən böyüklərin sayında 5 faiz artım olduğu da diqqətə çatdırılıb.

Geriyə dönüb 6 illik dövrə baxıldığında hər il həm xəstə sayında, həm də resept sayında artımın olduğu müşahidə edilib.

Sauthempton Universitetinin tədqiqat qrupunun rəhbəri Prof. Dr. Tamar Pincus nəticələr haqqında, bunları deyib:

"Bu, qlobal bir sağlamlıq problemidir. Xroniki ağrı o qədər böyük bir problemə çevrilib ki, insanlara müalicəsi üçün kifayət qədər elmi dəlil olmadan və uzunmüddətli sağlamlıq təsirlərini anlamadan antidepresanlar təyin edilir”.

QAZİLER.AZ

Diaspora