Cənubi Afrikada malyariya həyəcanı: xəstələrin sayı artır

Cənubi Afrikada malyariya həyəcanı:  xəstələrin sayı artır backend

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) ölkənin bəzi bölgələrində malyariyaya yoluxma hallarının əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, malyariya bütün qitədə yüz minlərlə insanın ölümünə səbəb olur.

NICD tərəfindən edilən açıqlamada malyariyanın endemik səviyyədə müşahidə edildiyi Mpumalanga və Limpopo əyalətləri ilə ölkənin ən sıx əhalisi olan Gautengdə malyariyaya yoluxmada ciddi artımın olduğunu bildirilib.

Açıqlamada diaqnoz gec qoyulduqda və malyariya müalicə olunmadıqda ölümə səbəb olduğu vurğulanıb.

Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.

Qitədə hər il təxminən 500 min insan malyariyadan ölür və ölənlərin yarısı uşaqlardır.

QAZİLER.AZ

Diaspora