Rusiya “Google”u cərimələyib

Rusiya “Google”u cərimələyib backend

Ötən il Moskva rus internet istifadəçilərinin internetdə gördüklərinə nəzarəti artırmaq səylərinin bir hissəsi kimi onlarla Qərb texnologiya şirkətini cərimələyib. Bu cəzalar bu il də davam edir.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Rusiya məhkəməsi “LGBT təbliğatı” apardığı və Rusiyanın hərbi əməliyyatları ilə bağlı yalan məlumat verdiyini iddia etdiyi “YouTube” videolarını silmədiyinə görə “Google”u 3 milyon rubl (38 600 dollar) cərimələyib.

Yeni qanuna əsasən, ictimai yerlərdə, internetdə, kitablarda və ya filmlərdə homoseksuallığı yayan şəxslər və ya qurumlar cərimələnir.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prokurorluğu “Google”un “YouTube”da yayımlanan və Moskva tərəfindən “xarici agent” olaraq qəbul edilən bir bloggerin həmcins cütlüklərin necə uşaq böyütdükləri və Sankt-Peterburqdakı LGTB icması ilə bağlı paylaşdığı video da daxil olmaqla bir neçə videonu silməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora