Keçmiş kansler Rusiya səfirliyinə getdiyi üçün qınanıb

Keçmiş kansler Rusiya səfirliyinə getdiyi üçün qınanıb backend

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Qələbənin 78-ci ildönümü ilə əlaqədar Rusiyanın Berlindəki səfirliyində keçirilən ənənəvi qəbulda iştirak edib və bu, yerli mətbuatda hiddət doğurub.

Qaziler.az “nyus.ru”ya istinalda xəbər verir ki,  “Deutsche Welle” teleradio şirkəti siyasətçini Rusiyanın maraqları naminə səfirliklə əməkdaşlıq etməkdə ittiham edib.

Bild Rusiya səfirliyində keçirilən tədbiri “ziyafət” adlandırıb və bildirib ki, keçmiş kansler “pis şirkətin şənliyində iştirak edib”.

Tədbirdə ADR-in keçmiş rəhbəri Eqon Krenz, Şröderdən başqa, “Almaniya üçün Alternativ” partiyasının liderləri Tino Hrupalla və Aleksandr Qoland, Sollar Partiyasından deputat Klauts Ernst də görüntülənib.

QAZİLER.AZ

Diaspora