İspaniya açıq havada işləməyi qadağan edir: Dünyanı narahat edən səbəb

İspaniya açıq havada işləməyi qadağan edir:  Dünyanı narahat edən səbəb backend

İspaniya həddindən artıq isti havalarda açıq havada işləməyi qadağan edən qərar qəbul etməyə hazırlaşdığını bildirib.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, ölkədə qlobal iqlim böhranının dərinləşməsi səbəbindən quraqlıq probleminin uzun müddət davam edə biləcəyi təxmin edilir.

"Şirkətlərin əməl etməli olduğu müəyyən tədbirləri əmək qanunvericiliyinə tam şəkildə daxil etmək üçün bəzi qanunvericilik dəyişiklikləri edəcəyik. Onlardan biri hava şəraitinə uyğunlaşmaq olacaq", - Ölkənin Baş nazirin müavini və əmək naziri Yolanda Diaz mediaya açıqlamasında bildirib.

Diaz həddindən artıq istilər səbəbiylə 2-ci və 1-ci dərəcəli xəbərdarlıqlar (narıncı və qırmızı həyəcan) zamanı işçilərin sağlamlığını riskə atmamaq üçün açıq yerlərdə işləməyi qadağan edəcək qaydalar tətbiq edəcəklərini bildirib.

QAZİLER.AZ

Diaspora